Əsas Səhifə > Dünya idmanı > Ronaldo Səudiyyə Ərəbistanı çempionatında pokerə imza atıb
Ronaldo Səudiyyə Ərəbistanı çempionatında pokerə imza atıb10-02-2023, 15:52 |
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 16-cı turunda “Əl-Vəhdə” ilə oyunda pokerə imza atıb. BrendSport.az xəbər verir ki, portuqaliyalı futbolçu bununla het-trik sayını 61-ə çatdırıb. Forvard bunun 51-ni klub, 10-nu isə millidə vurub. Ronaldonun ən yaxın izləyicisi isə əzəli rəqibi Lionel Messidir. PSJ-nin argentinalı hücumçusu ümumilikdə 56 het-triklə yadda qalıb. Ronaldo, eyni zamanda milli çempionatlarda vurduğu qol sayını 503-ə çatdırıb. Qarşılaşmadakı ilk qol onun 500-cü liqa qolu olub. Qeyd edək ki, görüş “Əl-Nəsr”in 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Geri qayıt |