Əsas Səhifə > Dünya idmanı > “Hatayspor” Türkiyə Superliqasından çəkildiyini açıqlayıb

“Hatayspor” Türkiyə Superliqasından çəkildiyini açıqlayıb


9-02-2023, 23:02
“Hatayspor” Türkiyə Superliqasından çəkildiyini açıqlayıb


“Hatayspor” Türkiyə Futbol Federasiyasına məktub göndərərək, superliqadan çəkildiyini açıqlayıb.

BrendSpor.az xəbər verir ki, bu barədə “TRT Spor” telekanalına Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Böyükekşi bildirib.

“Hatayspor bu gün məktub göndərib. Klub bu mövsüm oyun keçirməyəcəyini bizə bildirdi. “Qaziantep” də çempionluqdan çəkilmək istəyir. Bu iki klubun hüquqlarını saxlamaqla, turniri 17 komanda ilə davam etdirməyi planlaşdırırıq”, - deyə Böyükekşi əlavə edib.
Qeyd edək ki, 21 turdan sonra 23 xal toplayan "Hatayspor" Türkiyə çempionatının turnir cədvəlində 14-cüdür. “Qaziantep” 22 matçda 25 xal toplayıb və 10-cu pillədə qərarlaşıb. Türkiyə Superliqasında 19 komanda mübarizə aparırdı.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ Hatay vilayətində də böyük dağıntılara və itkilərə səbəb olub. Yeraltı təkanlar ölkənin 10 əyalətində, o cümlədən Suriya da daxil olmaqla, qonşu dövlətlərdə hiss edilib. Son məlumatlara görə, Türkiyədə 16,5 mindən çox insan ölüb, 66 mindən çox insan yaralanıb.


Geri qayıt