Əsas Səhifə > Dünya idmanı > "Barcelona"da daha bir itki

"Barcelona"da daha bir itki


3-12-2017, 17:33


İspaniya La Liqasının 14-cü turunda "Celta" ilə matç "Barcelona"nın daha bir futbolçusu üçün uğursuz olub.

Komandanın yarımmüdafiəçisi Andres İniesta zədələnib. 53-cü dəqiqədə Denis Suarezlə əvəzlənən futbolçunun sol topuğunda problemlər aşkarlanıb. Onun dekabrın 5-də Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək "Sporting"lə qrupun son oyununda meydana çıxması sual altındadır.

Katalonlar "Celta" ilə oyunda zədələnən Umititinin xidmətindən isə daha uzun müddətə - 8 həftə məhrum olub.


Geri qayıt