Əsas Səhifə > Dünya idmanı > Lionel Messi ötən ilin ən yaxşı futbolçusu seçilib

Lionel Messi ötən ilin ən yaxşı futbolçusu seçilib


4-01-2023, 12:30
Lionel Messi ötən ilin ən yaxşı futbolçusu seçilib


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ildə dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb.
BrendSport.az xəbər verir ki, bu ada Argentina millisinin kapitanı Lionel Messi layiq görülüb.
PSJ-nin hücumçusu səsvermənin nəticəsində bütün rəqiblərini qabaqlayıb. Hücumçu 275 xalla ötən ilin ən yaxşısı elan edilib.
Sıralamada ikinci yeri Messinin PSJ-dəki komanda yoldaşı Kilian Mbappe tutub (35 xal).
Geri qayıt