Əsas Səhifə > Dünya idmanı / Maraq > Argentina millisi Fransa və Uruqvay yığmalarını qabaqlayıb

Argentina millisi Fransa və Uruqvay yığmalarını qabaqlayıb


18-12-2022, 22:30
Argentina millisi Fransa və Uruqvay yığmalarını qabaqlayıb


Futbol üzrə Argentina millisi Qətərdə keçirilən dünya çempionatında Fransa yığmasını penalti seriyasında məğlub edərək mundialın qalibi olub – 3:3 (4:2).
BrendSport.az xəbər verir ki, Argentina millisi tarixində üçüncü dəfə mundialı birinci pillədə başa vurub. Komanda bu göstərici ilə Fransa və Uruqvay yığmalarını qabaqlayıb. Belə ki, Fransa və Uruqvay millilərinin hesabında 2 dünya çempionluğu var.
İtaliya və Almaniya seçmələri 4, Braziliya isə 5 dəfə dünya çempionu olub.
Geri qayıt