Əsas Səhifə > Dünya idmanı > Xorvatiya millisi - dünya üçüncüsü

Xorvatiya millisi - dünya üçüncüsü


17-12-2022, 22:59
Xorvatiya millisi - dünya üçüncüsü



Futbol üzrə Xorvatiya millisi ikinci dəfə dünya çempionatının bürünc medalına sahib olub.
BrendSport.az xəbər verir ki, Qətərdə keçirilən dünya çempionatında Xorvatiya millisi Mərakeş yığması ilə qarşılaşıb.
Matçda hesabı Xorvatiya millisi açıb. Oyunun 7-ci dəqiqəsində Yosko Qvardiol fərqlənib. İki dəqiqə sonra mərakeşli futbolçu Əşrəf Dari hesaba tarazlıq gətirib. Qarşılaşmanın 42-ci dəqiqəsində Mislav Orsiç Xorvatiya millisini hesabda önə keçirib. Avropa təmsilçisi fasiləyə üstün yollanıb - 2:1.
Qarşılıqlı hücumlar şəraitində keçən ikinci hissədə komandalar fərqlənə bilməyiblər.
Beləliklə, rəqibini 2:1 hesabı ilə məğlub edən Xorvatiya seçməsi mundialı üçüncü pillədə başa vurub.
Xorvatiya millisi ikinci dəfə dünya üçüncüsü olub. Komanda ilk dəfə 1998-ci ildə Niderlandı 2:1 hesabı ilə məğlub edərək bu titula sahib çıxıb.
Qeyd edək ki, dünya çempionatına dekabrın 18-də Argentina və Fransa milli komandaları arasında keçiriləcək final matçı ilə yekun vurulacaq.
Geri qayıt