Əsas Səhifə > Dünya idmanı > Bu gün Çempionlar Liqasının daha 2 oyun keçiriləcək
Bu gün Çempionlar Liqasının daha 2 oyun keçiriləcək16-02-2022, 09:36 |
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində daha iki oyun keçiriləcək. BrendSport.az saytı xəbər verir ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Gecənin ən maraqlı görüşü İtaliyada olacaq. Son ölkə çempionu "İnter" İngiltərə "Liverpul"unu qəbul edəcək. "Cuzeppe Meatsa" stadionunda oynanılacaq görüşü polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək. Meydan sahiblərinin heyətində Nikola Barella cəzalı, Xoakin Korrea zədəli olduğu üçün oyunu buraxacaq. Alessandro Bastoninin meydana çıxması da sual altındadır. Qonaqlarda isə iki futbolçunun oynayıb-oynamayacağı dəqiq deyil. Bunlar Co Qomes və Divok Origidir. Gecənin digər oyununda Almaniya "Bavariya"sı Avstriyada "Zaltsburq"la qarşılşacaq. Matçın baş hakimi ingiltərəli Maykl Oliver olacaq. Qarşılaşma öncəsi hər iki komandanın heyətində ciddi itkilər var. Münhen klubunda qapıçı Manuel Noyer, müdafiəçi Yosip Stanişiç, yarımmüdafiəçilər Leon Qoretska, Alfonso Deyvis və Camal Musiala zədəli olduqları üçün oynamayacaqlar. Zaltsburq təmsilçisində isə Bernardo, Zlatko Yunuzoviç, Seku Koyta və Benyamin Şeşko eyni səbəbdən matçı buraxacaqlar. UEFA Çempionlar Liqası, 1/8 final İlk oyunlar 16 fevral 00:00. "İnter" (İtaliya) - "Liverpul" (İngiltərə) Baş hakim: Şimon Marçinyak (Polşa) 00:00. "Zaltsburq" (Avstriya) - "Bavariya" (Almaniya) Baş hakim: Maykl Oliver (İngiltərə) Qeyd edək ki, 1/8 final mərhələsinin ilk iki oyununda PSJ Fransada İspaniya "Real Madrid"ini 1:0, İngiltərə "Mançester Siti"si isə Portuqaliyada "Sportinq"i 5:0 hesabı ilə yenib. Bu raundun digər görüşləri fevralın 22-si və 23-də baş tutacaq. Geri qayıt |