Əsas Səhifə > Dünya idmanı > Doqquzqat dünya çempionu Sebastyan Löb “Çempionların yarışı” rallisinin qalibi olub
Doqquzqat dünya çempionu Sebastyan Löb “Çempionların yarışı” rallisinin qalibi olub8-02-2022, 10:41 |
İsveçin Piteo şəhərində hər il keçirilən “Çempionların yarışı” rallisi başa çatıb. BrendSport.az xəbər verir ki, müxtəlif kateqoriyalı yarış avtomobillərinin pilotlarının mübarizəsində bu dəfə ralli üzrə 9 qat dünya çempionu Sebastyan Löb uğur qazanıb. Qırx yeddi yaşlı fransalı pilot həlledici mərhələdə Formula 1 sürücüsü Sebastyan Fetteli 3:1 hesabı ilə üstələyib. Löb 2003-cü, 2005-ci və 2008-ci illərdə də “Çempionlar yarışı” rallisinin qalibi olub. Löb karyerasında dördüncü dəfə yarışı qazanmaqla Sebastyan Didye Oriolun rekordunu təkrarlayıb. Fettel isə 2015-ci ildə şou xarakterli tədbirdə uğur qazanıb. Qeyd edək ki, bu yarışda Fettellə yanaşı, Formula 1 pilotlarından Mik Şumaxer də iştirak edib. Amma “Haas” komandasının pilotu ilk mərhələdə Ceymi Çedvikə məğlub olaraq mübarizəni dayandırıb. Geri qayıt |