Əsas Səhifə > Dünya idmanı > İtaliya A Seriyası: "Yuventus" son dəqiqələrdə vurduğu qolla qələbə qazanıb

İtaliya A Seriyası: "Yuventus" son dəqiqələrdə vurduğu qolla qələbə qazanıb


10-01-2022, 09:46
İtaliya A Seriyası: "Yuventus" son dəqiqələrdə vurduğu qolla qələbə qazanıb


Yanvarın 9-da futbol üzrə İtaliya A Seriyasında 21-ci turun mərkəzi qarşılaşması keçirilib.

BrendSport.az
xəbər verir ki, paytaxt "Olimpiko" stadionunda "Roma" klubu əzəli rəqibi "Yuventus" komandasını qəbul edib.
Gərgin keçən görüşdə qonaqlar üstün olub - 3:4. Bu qələbə sayəsində "Yuventus" xal ehtiyatını 38-ə çatdıraraq turnir cədvəlində beşinci yerdəki yerini qoruyub saxlayıb. "Roma" isə 32 xalla səkkizinci yerdə qərarlaşıb.
Xatırladaq ki, tura "Venesiya" - "Milan" oyunu ilə start verilib. "Penco" stadionunda keçirilən görüşdə milanlılar üstün olublar - 0:3. "Rossonyeri"nin heyətində Zlatan İbrahimoviç və Teo Hernandes (2) fərqləniblər. Matçın 58-ci dəqiqəsində meydan sahibləri azlıqda qalıb. Mixael Svobida birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Geri qayıt