Əsas Səhifə > Dünya idmanı > İtaliyasız dünya çempionatı

İtaliyasız dünya çempionatı


14-11-2017, 09:49


DÇ-2018-in daha bir iştirakçısının adına aydınlıq gəlib. Günün yeganə pley-off cavab qarşılaşmasında İtaliya ilə İsveç üz-üzə gəlib.

İlk görüşdə doğma meydanda qalib gələn İsveç yığması səfər oyununda bu üstünlüyünü əldən verməyib. Skandinaviyalılar qolsuz bərabərliyə nail olaraq adlarını mundiala gedəcək komandaların sırasına yazdırıblar.

Dördqat dünya çempionu olan appeninlilər isə 60 ildən sonra mundiala həsrət qalıblar. Sonuncu dəfə 1958-ci ildə bu aqibətlə üzləşən İtaliya yenidən azarkeşlərini kədərə qərq edib.

Maraqlıdır ki, “Skuadra Adzurra” indiyədək dünya çempionu adını qazananlar arasında yeganə komandadı ki, Rusiyada oynamayacaq. Çünki Almaniya, Fransa, İspaniya, İngiltərə, Braziliya, Argentina və Uruqvay artıq mundialda oynamaq hüququna yiyələnib.

DÇ-2018, pley-off oyunları
Avropa zonası
Cavab qarşılaşmaları
13 noyabr

İtaliya – İsveç - 0:0
İlk oyun: 0:1

Geri qayıt