Əsas Səhifə > Dünya idmanı > Bu gün “DÇ-2022” seçmə mərhələsinin səkkizinci turuna yekun vurulacaq
Bu gün “DÇ-2022” seçmə mərhələsinin səkkizinci turuna yekun vurulacaq12-10-2021, 14:21 |
Oktyabrın 12-də futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin səkkizinci turuna yekun vurulacaq. BrendSport.az xəbər verir ki, turun ikinci oyun günündə A, B, C, D, F və I qruplarında ümumilikdə 14 qarşılaşma keçiriləcək. Azərbaycan millisi Serbiya seçməsinin qonağı olacaq. Serbiya yığması bu görüşə itkilərlə çıxacaq. Müdafiəçi Straxinya Pavloviç və yarımmüdafiəçi Filip Curiçiç bu oyunu buraxmalı olacaqlar.. “Monako”nun 20 yaşlı mərkəz müdafiəçisi Straxinya Pavloviç Lüksemburq ilə oyunda sarı vərəqə alaraq cəzalı duruma düşüb. İtaliyanın “Sassuolo” klubunun formasını geyinən F.Curiçiç də sarı vərəqə limitini doldurduğuna görə yığmamızla oyunu buraxmaq məcburiyyətində qalıb. Meydan sahibləri qələbə qazanacaqları təqdirdə ilk iki pilləni özləri üçün təmin edəcəklər. Qarşılaşma Belçikadan olan hakimlər briqadasına həvalə edilib. Matçın baş hakimi Erik Lambrexts olacaq. Belqraddakı “Rayko Mitiç” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Millimizin mübarizə apardığı qrupun digər görüşündə Portuqaliya yığması Lüksemburqu qəbul edəcək. Gün ərzində keçiriləcək görüşlər: A qrupu Portuqaliya – Lüksemburq; Serbiya - Azərbaycan. Qrupdakı vəziyyət: Serbiya - 14 (6 oyuna), Portuqaliya - 13 (5), Lüksemburq - 6 (5), İrlandiya - 5 (6), Azərbaycan - 1 (6) B qrupu Kosovo – Gürcüstan; İsveç – Yunanıstan. Qrupdakı vəziyyət: İspaniya - 13 (6 oyuna), İsveç - 12 (5), Yunanıstan - 9 (5), Kosovo - 4 (6), Gürcüstan - 1 (6) C qrupu Litva - İsveçrə; Bolqarıstan - Şimali İrlandiya. Qrupdakı vəziyyət: İtaliya 14 (6 oyuna), İsveçrə - 11 (5), Şimali İrlandiya - 5 (4), Bolqarıstan - 5 (6), Litva - 3 (6) D qrupu Qazaxıstan – Finlandiya; Ukrayna - Bosniya və Herseqovina. Qrupdakı vəziyyət: Fransa - 12 (6 oyuna), Ukrayna - 8 (6), Bosniya və Herseqovina - 6 (5), Finlandiya - 5 (5), Qazaxıstan - 3 (6) F qrupu Farer adaları – Şotlandiya; Danimarka – Avstriya; İsrail – Moldova. Qrupdakı vəziyyət: Danimarka - 21, Şotlandiya - 14, İsrail - 10, Avstriya - 10, Farer adaları - 4, Moldova - 1 I qrupu San-Marino – Andorra; İngiltərə - Macarıstan; Albaniya – Polşa. Qrupdakı vəziyyət: İngiltərə - 19, Albaniya - 15, Polşa - 14, Macarıstan - 10, Andorra - 3, San Marino - 0. Geri qayıt |