Əsas Səhifə > Dünya idmanı > "Çelsi" klubu UEFA Super kubokun qalibi olub
"Çelsi" klubu UEFA Super kubokun qalibi olub12-08-2021, 02:00 |
Avqustun 12-də futbol üzrə UEFA Super kubokun qalibi müəyyənləşib. BrendSport.az xəbər verir ki, "Uindzor Park" stadionunda keçirilən görüşdə İngiltərənin "Çelsi" klubu İspaniyanın "Vilyarreal" komandası ilə üz-üzə gəlib. Oyunda hesabı 27-ci dəqiqədə ingilislər açıb. Kay Havertzin ötürməsindən sonra Hakim Ziyeş fərqlənib. Qoldan sonra hücumları artıran "Çelsi" rəqibin qapısı qarşısında bir necə təhlükəli vəziyyətlər yaradıb. Buna baxmayaraq fasiləyə komandalar London təmsilçilərin minimal hesablı üstünlüyü ilə yollanıb. Qarşılaşmanın ikinci hissəsində "Vilyarreal" hesaba tarazlıq gətirib. Matçın 73-cü dəqiqəsində Jerar Moreno hesabı bərabərləşdirib. Qalan dəqiqələrdə hər iki komandanın qol vurmaq şansı olsa da hesab dəyişməyib. Qalibi müəyyənləşdirmək üçün 15 dəqiqəlik iki əlavə vaxt oynanılıb. Həmin hissədə də qalib müəyyən edilmədiyindən komandalar 11 metrlik cərimə zərbələri seriyasını yerinə yetiriblər. Bu hissədə 6:5 hesabı ilə qalib gələn "Çelsi" komandası UEFA Super kubokunun qalibi olub. Londonlular tarixində ikinci dəfə bu titula yiyələnirlər. Geri qayıt |