Əsas Səhifə > Dünya idmanı > Zlatan İbrahimoviç yeni mövsümün startını buraxacaq

Zlatan İbrahimoviç yeni mövsümün startını buraxacaq


10-08-2021, 19:00
Zlatan İbrahimoviç yeni mövsümün startını buraxacaq


İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviç yeni mövsümün startını buraxacaq.
BrendSport.az xəbər verir ki, ötən mövsümün sonlarında zədələnən isveçli hücumçu hələ bərpa prosesini davam etdirir. Futbolçu məşqlərə başlasa da, tam hazırlıq keçə bilmir. O, birinci turun avqustun 23-də keçiriləcək “Sampdoriya” ilə matçını buraxacaq.
İbrahimoviçin ikinci turda iştirakı da sual altındadır. Belə ki, onun “Kalyari” ilə matça tam hazır olacağı inandırıcı deyil.
Qeyd edək ki, isveçli forvard iyunda əməliyyat olunub.
Geri qayıt