Əsas Səhifə > Dünya idmanı > "Vest Ham Yunayted" yeni baş məşqçisini açıqladı

"Vest Ham Yunayted" yeni baş məşqçisini açıqladı


7-11-2017, 19:00




Slaven Biliçlə yollarını ayıran "Vest Ham Yunayted" yeni baş məşqçisini açıqlayıb.

54 yaşlı Devid Moyes "çəkicdöyənlər"in sükanı arxasına keçib. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.

Moyes 2002-13-cü illərdə "Everton"da çalışıb. Onun dövründə Liverpul klubu Premyer Liqada Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan və çempionatın favoritlərini büdrətməyə qadir olan kollektivə çevrilmişdi.

2013-cü ildə Ser aleks Ferqyussonun istəyi ilə "Mançester Yunayted"ə baş məşqçi təyin olunan Moyes burda özünü doğrultmadı və 2014-cü ilin yazında istefaya göndərildi. Şotland mütəxəsis "Real Sosedad" (2014-15) və "Sanderlend"i (2016-17) də çalışdırıb.

Milli.Az
Geri qayıt