Əsas Səhifə > Dünya idmanı > “Istanbul 5 Days” turnirində idmançılarımızdan dörd medal
“Istanbul 5 Days” turnirində idmançılarımızdan dörd medal6-11-2017, 21:46 |
Azərbaycan idmançıları Türkiyədə səmti müəyyənetmə idmanı üzrə “Istanbul 5 Days” turnirində uğurla çıxış ediblər. Yarışa geniş tərkibli komanda ilə qatılan idmançılarımızdan dördü fəxri kürsüyə qalxıb. W35 kateqoriyasında Xüsusi Dövlət Mühafizə Xidmətinin komandasının yetirməsi Rəna Rəhmanova rusiyalı idmançıları geridə qoyaraq ölkəmizə qızıl medal qazandırıb. Bundan əlavə, W21A kateqoriyasında Nataliya Şiyanova və W21B kateqoriyasında Sevda Verdiyeva ikinci yeri tutaraq gümüş medala sahib olublar. Növbəti medalı isə M35 kateqoriyasında çıxış edən Dağçılıq İdman Klubunun yetirməsi Sergey Telegin qazanıb. İdmançımız rusiyalı və türkiyəli həmkarlarına uduzaraq, üçüncü yeri tutub. Digər idmançılarımıza gəldikdə, Anastasiya Lyalyakina (W21A) ümumi nəticədə dördüncü, M21A kateqoriyasında Süleyman Əliyev səkkizinci, Yuri Çernov 11-ci, Şəhriyar İsmayılov 15-ci olublar. M35 kateqoriyasında isə Xəyyam Məmmədov beşinci yerə çıxıb. W55 kateqoriyasında Yelena Filippova və W60 kateqoriyasında Nadejda Süleymanova beşinci və M60 kateqoriyasında Tahir Süleymanov 12-ci yerdə qərarlaşıblar. Geri qayıt |