Əsas Səhifə > Dünya idmanı > Argentina millisinin sabiq üzvü karyerasını başa vurub
Argentina millisinin sabiq üzvü karyerasını başa vurub17-07-2021, 21:21 |
Futbol üzrə Argentina millisinin sabiq üzvü Ezekyel Qaray karyerasını başa vurub. BrendSport.az xarici KİV-lərə istinadla xəbər verir ki, 34 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında məlumat yayıb. Qeyd edək ki, Qaray Argentinanın “Nyuells Old Boyz” klubunun yetirməsidir. O, İspaniyada “Rasinq”, “Real”, Portuqaliyada “Benfika”, Rusiyada “Zenit” klublarında çıxış edib. 2016-cı ildən “Valensiya”da oynayan Qaraya ağır zədə səbəbindən ötən il La Liqa klubu ilə müqaviləsinə xitam verib. Geri qayıt |