Əsas Səhifə > Dünya idmanı > Novak Cokoviç altıncı dəfə “Wimbledon-2021” turnirinin qalibi olub

Novak Cokoviç altıncı dəfə “Wimbledon-2021” turnirinin qalibi olub


11-07-2021, 21:17
Novak Cokoviç altıncı dəfə “Wimbledon-2021” turnirinin qalibi olub


İyulun 11-də tennis üzrə kişilər arasında “Böyük Dəbilqə” seriyasından London açıq (Wimbledon) turnirinin final görüşü keçirilib.
BrendSport.az xəbər verir ki, turnirin həlledici görüşündə serbiyalı Novak Cokoviç və italiyalı Matteo Barrettini üz-üzə gəliblər. Görüş serbiyalı tennisçinin qələbəsi ilə başa çatıb - 3:1 (6:7, 6:4, 6:4, 6:3). Bu qələbə sayəsində Novak Cokoviç karyerasında altıncı dəfə “Wimbledon” turnirlərinin qalibi olub. Bu, həm də serbiyalı tennisçinin “Böyük Dəbilqə” seriyasında 20-ci qələbəsidir.
Qeyd edək ki, “Wimbledon” mövsümün üçüncü “Böyük Dəbilqə” turniridir. Sayca 134-cü turnirin ümumi mükafat fondu 40 milyon avro təşkil edir. Bu turnirin sonuncu çempionu 2019-cu ildə məhz Novak Cokoviç olub. Ötən il pandemiya səbəbindən “Wimbledon” turniri keçirilməyib.
Geri qayıt