Əsas Səhifə > Dünya idmanı > “Croatia Grand Chess Tour”: Şəhriyar Məmmədyarov növbəti üç qarşılaşmada iştirak edəcək

“Croatia Grand Chess Tour”: Şəhriyar Məmmədyarov növbəti üç qarşılaşmada iştirak edəcək


8-07-2021, 13:52


BrendSport.az xəbər verir ki, Şəhriyar Məmmədyarov növbəti qarşılaşmalarda ağ fiqurlarla keçmiş dünya çempionu, hindistanlı Vişvanatan Anand, qara fiqurlarla rusiyalı Aleksandr Qrişuka qarşı mübarizə aparacaq. Günün sonuncu görüşündə isə şahmatçımız Polşa təmsilçisi Yan-Kşiştov Duda ilə üz-üzə gələcək. Şahmatçımız ağ fiqurlarla oynayacaq.

Qeyd edək ki, Ş.Məmmədyarov ötən üç turun nəticəsinə görə, 3 xalla ikinci pillədə qərarlaşıb.

Xatırladaq ki, Ş.Məmmədyarov seriyanın birinci yarışı "Superbet Chess Classic Romania"nın qalibi olub.
Geri qayıt