Əsas Səhifə > Dünya idmanı > “Serbia Chess Open 2021”: Şahmatçılarımız uğurla irəliləyirlər

“Serbia Chess Open 2021”: Şahmatçılarımız uğurla irəliləyirlər


5-07-2021, 14:34


BrendSport.az xəbər verir ki, yarışın “Masters” turnirində Azərbaycan geniş heyətlə təmsil olunur.

Keçirilmiş dörd turdan sonra təmsilçilərimizin arasında ən yaxşı nəticəyə Vüqar Əsədli və Misrətdin İsgəndərov malikdirlər. Hər iki şahmatçımız 3,5 xalla hazırda 4-22-ci yerləri bölüşürlər.

Aktivlərində 3 xal olan Eltac Səfərli, Ülvi Sadqıqov, Xəzər Babazadə, Aydın Süleymanlı və Əhməd Əhmədzadənin də çıxışlarını uğurlu qiymətləndirmək olar.

“Serbia Chess Open 2021”də 41 ölkədən 400-dən yuxarı şahmatçı iştirak edir.
Geri qayıt