Əsas Səhifə > Dünya idmanı > Belçika millisi Avropa çempionatının dörddəbir final mərhələsinə yüksəlib

Belçika millisi Avropa çempionatının dörddəbir final mərhələsinə yüksəlib


28-06-2021, 16:00


BrendSport.az xəbər verir ki, iyunun 27-də İspaniyanın Sevilya şəhərindəki "Estadio La Cartuja" stadionunda Belçika və Portuqaliya yığma komandaları üz-üzə gəliblər.

Almaniyalı baş hakim Feliks Brixin idarə etdiyi oyun Belçika millisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb -1:0. Belçikalı futbolçu Torqan Azarın matçın 42-ci dəqiqəsində vurduğu yeganə qol komandasına dörddəbir finalda iştirak hüququ qazandırıb.

Belçika millisi növbəti mərhələdə İtaliya yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, İtaliya millisi səkkizdəbir finalda Avstriya seçməsini 2:1 hesabı ilə məğlub edib və növbəti mərhələyə adlayıb.
Geri qayıt