Əsas Səhifə > Dünya idmanı > "Türkiyə millisinin gələcəyi parlaqdır"
"Türkiyə millisinin gələcəyi parlaqdır"21-06-2021, 10:22 |
İsveçrə millisinin kapitanı Qranit Caka ötən gün Avro-2020-nin qrup mərhələsinin üçüncü turunda Bakıda Türkiyəyə qalib gəldikləri oyun haqqında danışıb. BrendSport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi deyib: "Biz üzərimizə düşən vəzifəni yerinə yetirdik. 3 oyuna 4 xal toplamışıq. Digər nəticələri gözləyirik. Bizim işimiz qalib gəlmək idi, onu da etdik. Yaxşı oynayaraq 3 xal qazandıq. Əlbəttə ki, Türkiyə millisi yüksək səviyyəli oyunçulardan ibarətdir. Böyük klublarda çıxış edirlər. Amma turnirlərdə təcrübə vacibdir. Məncə, Türkiyə millisinin gələcəyi parlaqdır". Qeyd edək ki, Türkiyə 0 xalla yarışda mübarizəni dayandırıb. İsveçrə millisi isə Uelslə eyni xalı toplasa da, rəqibindən top nisbətində 2 top geridə qaldığı üçün növbəti mərhələyə birbaşa vəsiqəni təmin edə bilməyib. Lakin komandanın ən yaxşı qrup 3-cüsü kimi 1/8 finala çıxmaq şansı var. Geri qayıt |