Əsas Səhifə > Dünya idmanı > "Qalatasaray"ın yeni prezidenti Terimlə bağlı qərarı açıqladı

"Qalatasaray"ın yeni prezidenti Terimlə bağlı qərarı açıqladı


20-06-2021, 19:59



“Qalatasaray”ın yeni prezidenti Burak Elmas komanda ilə müqaviləsi başa çatan Fatih Terimlə bağlı açıqlama verib.

BrendSport.az xəbər verir ki, klub rəhbəri Tvitter səhifəsindəki paylaşımında söz verdiyi kimi, Terimi komandaya qaytardığını bildirib:


“Müqavilə, təqdimat mərasimi kimi proseslərə itiriləcək bir dəqiqə də vaxtımız yoxdur. “Qalatasaray”ın baş məşqçisi Fatih Terimdir. Görüşdük, razılaşdıq, sabahdan etibarən evimizdə - Floryada komandanı məşqə çıxaracaq. Görüləcək çox işimiz var. Birlikdə çox şey bacaracağıq”.

Qeyd edək ki, mayın 31-də "Qalatasaray"la müqaviləsi başa çata Fatih Terim komanda ilə vdalaşaraq ayrılmışdı.
Geri qayıt