Əsas Səhifə > Dünya idmanı > Ronaldo dünya rekordunu təkrarladı

Ronaldo dünya rekordunu təkrarladı


20-06-2021, 19:57


Avro-2020-nin qrup mərhələsinin 2-ci turunda Almaniya ilə keçirilən oyun Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo üçün əlamətdar olub.

BrendSport.az xəbər verir ki, 36 yaşlı hücumçu 2:4 hesabı ilə uduzduqları oyunda qol vurmağı bacarıb. O, dünya və Avropa çempionatlarının final mərhələsində vurduğu qol sayını 19-a çatdırıb. Bununla da Ronaldo Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozeyə məxsus dünya rekordunu təkrarlayıb.


Kloze dünya çempionatlarının ən çox qol vuran (16), oyunçusudursa, Ronaldo Avropa çempionatlarının (12) bombardiridir.
Geri qayıt