Əsas Səhifə > Dünya idmanı > Türkiyə millisinin üzvü Bakıdakı matçlardan danışdı

Türkiyə millisinin üzvü Bakıdakı matçlardan danışdı


19-06-2021, 17:37


Türkiyə millisinin futbolçusu Halil Dervişoğlu Avro-2020-dəki çıxışları barədə danışıb.

BrendSport.az xəbər verir ki, 22 yaşlı hücumçu şanslarından yararlana bilmədiklərini söyləyib: "Qrupda yaxşı nəticələr qazana bilmədik. Buna görə məyusuq. Amma qarşıda daha bir matçımız var. Həmin oyuna köklənmişik. Əslində bu fürsəti dəyərləndirməli, meydanda əlimizdən gələnin ən yaxşısını etməliydik. Şansımız az olsa da, İsveçrə ilə görüşdə bütün gücümüzü ortaya qoyacağıq. Xalqımıza borcumuz var. Buna görə də meydanı qələbə ilə tərk etmək lazımdır.

Bizə dəstək verən hər kəsə təşəkkür edirəm. İstədiyimiz nəticələri əldə edə bilmədiyimiz üçün onlardan üzr istəyirəm. Sonadək mübarizə aparacağımızdan heç kimin şübhəsi olmasın".

Qeyd edək ki, 2 turdan sonra xalsız olan Türkiyə millisi A qrupunda sonuncu pillədə qərarlaşıb. "Ay-ulduzlular" qrupdakı son matçını iyunun 20-də Bakı Olimpiya Stadionunda İsveçrə yığmasına qarşı keçirəcək.
Geri qayıt