Əsas Səhifə > Dünya idmanı > “Milan” onu birdəfəlik aldı
“Milan” onu birdəfəlik aldı17-06-2021, 18:14 |
“Milan” “Çelsi”dən icarəyə götürdüyü Fikayo Tomorini birdəfəlik transfer edib. BrendSport.az klubun saytına istinadən xəbər verir ki, İtaliya təmsilçisi 23 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalayıb. Xarici KİV-lərin məlumatına görə, A seriyası klubu oyunçunun keçidi üçün 28,5 milyon avro xərcləyib. Qeyd edək ki, Tomori 2021-ci ilin yanvar ayından icarə əsasında “Milan”da çıxış edir. O, bu müddət ərzində 22 matçda 1 qol vurub. Geri qayıt |