Əsas Səhifə > Dünya idmanı > Premyer Liqa klubu indi də ona üz tutdu

Premyer Liqa klubu indi də ona üz tutdu


16-06-2021, 15:38



“Everton” məşqçi axtarışlarını davam etdirir.

BrendSport.az xəbər verir ki, Liverpul klubunun Rafael Beniteslə danışıqlara başladığı bildirilir.

Bir müddət əvvəl məlumat yayılmışdı ki, klubun siyahısında iki əsas namizəd var – “Vulverhemton”un sabiq baş məşqçisi Eşpiritu Santu və “Vest Hem”in çalışdırıcı Devid Moyes.

Amma onlarla danışıqlar müsbət nəticələnməyib. Bundan sonra klub rəhbərliyi Beniteslə əlaqə qurublar. O, 2019-cu ildən Çinin “Dalyan Pro” klubunda çalışıb və bu ilin yanvarında istefa verib.

Benites vaxtilə “Everton”un əzəli rəqibi “Liverpul”u da çalışdırıb.

Geri qayıt