Əsas Səhifə > Dünya idmanı > PSJ onunla razılaşıb - 5 illik müqavilə bağlanacaq

PSJ onunla razılaşıb - 5 illik müqavilə bağlanacaq


14-06-2021, 18:28


İtaliya yığmasının qapıçısı Canluici Donnarumma karyerasını Fransada davam etdirəcək.

BrendSport.az xəbər verir ki, onun PSJ ilə anlaşdığı deyilir.

Bu barədə məlumatı “tvitter”də jurnalist Fabritsio Romano yayıb. Avropa çempionatı başa çatdıqdan sonra Canluici Parisə gedəcək və tibbi baxışdan keçəcək

Onunla5 illik müqavilə bağlanacaq. Məlumatda bildirilir ki, PSJ onunla müqavilə bağladıqdan sonra icarəyə verməyəcək. O, Paris klubunun əsas qapıçısı Navasla heyətə düşmək uğrunda rəqabət aparacaq.

Donnarumma “Milan”ı azad agent kimi tərk edəcək. Onun müqaviləsi iyunun sonuna qədər nəzərdə tutulub. İtalyan qapıçının PSJ-də illik məvacibi 12 milyon avro olacaq.
Geri qayıt