Əsas Səhifə > Dünya idmanı > ”Bazar günü səhər oyanıb, 4 milyard dollara Super Liqa yarada bilmərik”
”Bazar günü səhər oyanıb, 4 milyard dollara Super Liqa yarada bilmərik”13-06-2021, 23:29 |
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov açıqlama verib. BrendSport.az “insideworldfootball.com”a istinadən xəbər verir ki, AÇ-2020-nin Bakıdakı oyunları haqda danışan Məmmədov bir müddət əvvəl yaradılan və tez dağılan Avropa Super Liqası layihəsindən söz açıb: “Bu cür ideya futbol dəyərlərimizi məhv edir. UEFA gənclər, qadın və əlil futbolunun böyüməsi üçün böyük vəsait ayırır. Bütün maraqlı tərəflər futbol oynaya bilməlidirlər. Bazar günü səhər oyanıb, strategiyasız və 4 milyard dollara Super Liqa yarada bilmərik”. Geri qayıt |