Əsas Səhifə > Dünya idmanı > "Beşiktaş" Sergen Yalçınla bağlı qərarı verdi
"Beşiktaş" Sergen Yalçınla bağlı qərarı verdi13-06-2021, 19:08 |
Beşiktaş" baş məşqçisi Sergen Yalçınla yeni müqavilə imzalamağa hazırlaşır. BrendSport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klubun prezidenti Ahmet Nur Çelebi 48 yaşlı mütəxəssislə görüşərək müqavilənin detallarını müzakirə ediblər. Tərəflərin 1 həftə ərzində 1 illik rəsmi sözləşmə imzalayacağı gözlənilir. Qeyd edək ki, "Beşiktaş" S.Yalçının baş məşqçiliyi altında Superliqanın 2020/21 mövsümünün qalibi olub. Geri qayıt |