Əsas Səhifə > Dünya idmanı > Anrinin yeni iş yeri - Rəsmi

Anrinin yeni iş yeri - Rəsmi


30-05-2021, 23:21


Tyerri Anri yenidən Belçika millisində çalışacaq.

BrendSport.az xəbər verir ki, bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb. O, baş məşqçi Roberto Martinezin köməkçisi olacaq.


Əfsanəvi fransız futbolçu 2016-2018-ci illərdə də Belçika millisində məşqçi kimi çalışıb. 2018-ci ilin oktyabrında “Monako”ya baş məşqçi təyin edilən 43 yaşlı mütəxəssis 2019-cu ilin yayında istefa verib.

2019-cu ilin noyabrında Kanadanın “Monreal İmpakt” klubunun baş məşqçisi olan Anri bu ilin fevralında ailə vəziyyətinə görə istefa verib.
Geri qayıt