Əsas Səhifə > Dünya idmanı > Zidan istədiyi vaxt "Real"a qayıda bilər

Zidan istədiyi vaxt "Real"a qayıda bilər


30-05-2021, 16:03


"Real"dan ayrılan Zinəddin Zidan işinə fasilə vermək fikrində deyil.

BrendSport.az "Marca"ya istinadən xəbər verir ki, o, yeni klub çalışdırmağa hazırdır. Bildirilib ki, indiyə kimi təkcə "Real"ın baş məşqçisi olan fransalı mütəxəssis yeni təcrübə qazanmaq niyyətindədir.

Xəbərdə Zidanın Madrid klubunun prezidenti Florentino Pereslə münasibətlərin yaxşı qaldığı vurğulanıb. Qəzetin yazdığına görə, klubun qapıları onun üçün açıqdır, mütəxəssis istədiyi vaxt "Real"a qayıda bilər.

Qeyd edək ki, Zidan mayın 27-i istefa verib.
Geri qayıt