Əsas Səhifə > Dünya idmanı > Məşhur futbolçu millinin heyətindən kənarlaşdırıldı
Məşhur futbolçu millinin heyətindən kənarlaşdırıldı29-05-2021, 14:10 |
"Everton"un futbolçusu Xames Rodriqes Kolumbiya millisinin heyətindən kənarlaşdırılıb. BrendSport.az zəbər verir ki, bu barədə Kolumbiya Futbol Federasiyasının saytı məlumat yayıb. Bildirilib ki, 29 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçib və onun qənaətbəxş olmayan fiziki formada olduğu müəyyənləşib. Bu səbəbdən millinin baş məşqçisi Reynaldo Rueda oyunçunu heyətdən kənarlaşdırmaq qərarına gəlib. Beləliklə, Xames Amerika kuboku oyunlarını və DÇ-2022-nin seçmə mərhələsində Peru və Argentina ilə görüşləri buraxacaq. Geri qayıt |