Əsas Səhifə > Dünya idmanı > "Liverpul"da mövsümün ən yaxşısı

"Liverpul"da mövsümün ən yaxşısı


25-05-2021, 20:51


"Liverpul"da 2020-2021 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

BrendSport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu, Məhəmməd Salahdır. Misirli hücumçu azarkeşlərin səsverməsinə əsasən 1-ci olub. Braziliyalı yarımmüdafiəçi Fabinyo 2-ci, ingilis müdafiəçi Nataniel Filips 3-cü olub.


Qeyd edək ki, Salah Premyer Liqada başa çatan mövsümdə 37 oyuna 22 qol vurub, 5 məhsuldar ötürmə edib. O, mövsümün bombardiri Harri Keyndən ("Tottenhem") yalnız 1 qol az vurub.


Geri qayıt