Əsas Səhifə > Dünya idmanı > Danimarkada çempion müəyyənləşdi

Danimarkada çempion müəyyənləşdi


25-05-2021, 13:33


Danimarkanın əsas çempionatında qalib komandanın adına aydınlıq gəlib.

BrendSport.az.az xəbər verir ki, bu, "Brondbi" olub. Komanda yarışın son turunda "Norşelland"la qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. Bununla da "Brondbi" turnirdə çempionluğunu rəsmiləşdirib.

Qeyd edək ki, klub son 16 ildə ilk dəfə yerli liqanın qalibi olub. Ümumilikdə isə "Brondbi" tarixi ərzində 11 dəfə çempion adını qazanıb.
Geri qayıt