Əsas Səhifə > Dünya idmanı > Mxitaryan milli komandaya çağırılmadı

Mxitaryan milli komandaya çağırılmadı


25-05-2021, 11:21


Ermənistan milli komandasının kapitanı Henrix Mxitaryan yığmanın qarşıdakı toplanışına dəvət edilməyib.

BrendSport.az xəbər verir ki, “Roma”da çıxış edən 32 yaşlı yarımmüdafiəçi bununla bağlı Tvitter səhifəsində paylaşım edərək qərara təəccübləndiyini bildirib:

“Məşçilər korpusunun qarşıdakı oyunlar üçün mənə dəvət göndərməməsinə təəccübləndim. Deyilən səbəblər məni razı salmır”.

Qeyd edək ki, Ermənistan millisi iyun ayında Xorvatiya və İsveçlə yoldaşlıq oyunu keçirəcək.
Geri qayıt