Əsas Səhifə > Dünya idmanı > Pirlonun yerinə yeni namizəd

Pirlonun yerinə yeni namizəd


23-05-2021, 19:15




"Yuventus" baş məşqçisi Andrea Pirlonun əvəzinə yeni namizəd tapıb.

BrendSport.az "Calciomercato"ya istinadən xəbər verir ki, bu, "Atalanta"nın çalışdırıcısı Can Paulo Qasperinidir. Klub rəhbərliyi Pirlonu yayda istefaya göndərməyi düşünür. Belə olan halda Qasperinin bu vəzifəyə gətirilməsi gözlənilir.


Qeyd edək ki, "Yuventus" hazərda A seriyasının turnir cədvəlində 75 xalla 5-cidir. Komanda mövsümün son oyununu bu gün "Baloniy"a qarşı keçirəcək. "Qoca sinyora" qalib gəlsə, Çempionlar Liqasına vəsiqə qazanacaq.
Geri qayıt