Əsas Səhifə > Dünya idmanı > Aquero "Barselona" ilə müqavilə imzaladı

Aquero "Barselona" ilə müqavilə imzaladı


21-05-2021, 23:46


Bu mövsümün sonu "Mançester Siti"dən ayrılacaq Serxio Aquero "Barselona" ilə müqavilə imzalayıb.

BrendSport.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabrizio Romano özünün "Tvitter" səhifəsində yazıb. O, 32 yaşlı hücumçunun 2 illik müqaviləyə qol çəkdiiyni bildirib.

Kataloniya təmsilçisinin bu transferi Çempionlar Liqasının finalından sonra dərhal açıqlayacağı vurğulanıb.

Qeyd edək ki, Aquero bu mövsüm Premyer Liqada 11 matçda meydana çıxıb, 2 qol vurub, 1 qolun ötürməsini verib.
Geri qayıt