Əsas Səhifə > Dünya idmanı > Messinin pendirli pizzasından kim yemək istəyir? - FOTO

Messinin pendirli pizzasından kim yemək istəyir? - FOTO


16-05-2021, 00:11


"Barselona"nın "Barça Cafe" adlı kafesi açılıb.

BrendSport.az xəbər verir ki, "Nou Kamp" arenasının daxilində yerləşən məkan 500 kvadratmetr əraziyə sahibdir.

Kafe bu gün istifadəyə verilib. Sözügedən məkanın menyusunda isə futbolçuların qida mütəxəssislərinin tövsiyyələri nəzərə alınmaqla hazırlanan sevimli yeməkləri yer alıb.

Menyuda Messinin pendirli pizzası, kartofla bişmiş qızıl balıqı, Usman Dembelenin marqarita pizzası, Serxio Busqetsin tərəvəzli toyuqu var.
Geri qayıt