Əsas Səhifə > Dünya idmanı > PSJ Neymarı Olimpiadaya buraxmır

PSJ Neymarı Olimpiadaya buraxmır


12-05-2021, 20:13


PSJ-nin hücumçusu Neymar Braziliya millisi ilə həm Amerika kubokunda, həm də Tokio Olimpiadasında oynamaq istəyir .

BrendSport.az "UOL Esporte"yə istinadən xəbər verir ki, o, Paris rəhbərliyinə bununla bağlı bildirib. 29 yaşlı forvard yalnız 11 iyunda başlayan və 10 iyulda bitəcək Amerika kubokunda deyil, Tokio Olimpiadasında da oynamaq istədiyini söyləyib.

Bildirilib ki, böyük ehtimalla Fransa klubu oyunçunun tələbini rədd edəcək və onu Olimpiya Oyunlarına buraxmayacaq. Çünki bu turnir FİFA-nın himayəsində keçirilmir, bu da klubun oyunçunu milliyə buraxmaq məcburiyyətində olmadığını göstərir. "Le Parisien" yazır ki , PSJ bu turnir üçün Fransa millisində oynayan futbolçusu Kilian Mbappe ilə bağlı da eyni mövqedə dayanıb.

Qeyd edək ki, Neymar Braziliya millisi ilə 2012 və 2016 Olimpiadalarında iştirak edib.
Geri qayıt