Əsas Səhifə > Dünya idmanı > FIFA 4 azərbaycanlı futbolçuya ödəniş edəcək

FIFA 4 azərbaycanlı futbolçuya ödəniş edəcək


12-05-2021, 16:05


FİFA klubundan maaşını ala bilməyən futbolçulara 5 milyon ABŞ dolları ayırıb.

BrendSport.az xəbər verir ki, bu barədə ali futbol qurumu məlumat yayıb. Bu məbləğ FİFA-nın Futbolçular fonduna müraciəti qəbul olunan 1005 oyunçuya veriləcək. Futbolçuların adları açıqlanmayıb.

Dünyanın 36 ölkəsini təmsil edən futbolçular arasında 4 azərbaycanlı oyunçu var.

Bunlar 2015-ci ilin iyulundan 2020-ci ilin iyununa qədər olan 5 illik müddətdə zərərçəkən futbolçulardır. FİFA fonda ümumilikdə 16 milyon dollar ayırıb.
Geri qayıt