Əsas Səhifə > Dünya idmanı > Ronaldo özünə yeni maşın sifariş etdi – PULUNU ALMADILAR: FOTO

Ronaldo özünə yeni maşın sifariş etdi – PULUNU ALMADILAR: FOTO


12-05-2021, 15:00


"Yuventus"un ulduzu Kriştianu Ronaldo avtomobil kolleksiyasını "Ferrari"nin "Monza" modeli ilə zənginləşdirəcək.

BrendSport.az xəbər verir ki, bu, portuqaliyalı hücumçunun "Ferrari" zavoduna Turin klubunun prezidenti Andrea Anyelli və Direktorlar Şurasının sədri Con Elkann ilə birgə ziyarəti zamanı baş verib.

Fyorano trasında 36 yaşlı forvard "Formula 1"də çıxış edən "Ferrari" komandasının pilotları Karlos Sayns və Şarl Lekler ilə görüşüb. O, hər iki sürücünün öz soyadı yazılmış futbolkalarına imza atıb.

Ronaldonun zavoda səfəri bununla məhdudlaşmayıb. Təcrübəli oyunçu 2,9 saniyəyə 100 km/saat sürət yığan "Monza" modelini sifariş edib.

Bu idman maşınının iki variantı var: yalnız sürücü kreslosu ivə əlavə olaraq, sərnişin oturacaqları ilə. Onun hansı varianta üstünlük verdiyi bilinmir.

"Montsa" 2018-ci ildə təqdim olunarkən, iki ilə 499 ekzemplyar buraxılacağı vəd edilib. Onlardan birinin qiyməti 1,6 milyon avrodur.

Belə bir avtomobili sifariş etməsi Ronaldunun öz cibindən pul ödədiyi anlamına gəlmir. İstisna deyil ki, bu, "Yuventus"dan öz ulduzuna bir bonusdur.

"Ferrari" zavoduna səfərlə eyni vaxtda klubun vitse-prezidenti Pavel Nedved ulduz futbolçunun gələn mövsüm də qalacağını bildirib.
Geri qayıt