Əsas Səhifə > Dünya idmanı > PSJ-də növbəti müqavilə

PSJ-də növbəti müqavilə


10-05-2021, 17:46


PSJ futbolçusu Yulian Drakslerlə yeni müqavilə imzalamağa hazırlaşır.

BrendSport.az "L'Equipe"yə istinadən xəbər verir ki, artıq tərəflər razılığa gəliblər. Paytaxt təmsilçisi 27 yaşlı yarımmüdafiəçi ilə 3 illik sözləşmə imzalayacaq. Həmçinin almaniyalı oyunçu maaş endiriminə də razı olub. Paris klubunun yeni müqavilə bağlanmasına dair yaxın vaxtlarda rəsmi açıqlama yayacağı gözlənilir.

2 gün əvvəl PSJ Neymarla da 2025-ci ilədək sözləşmə imzalayıb.

Qeyd edək ki, Draksler bu mövsüm Liqa 1-də 23 maçtda 4 qol vurub və 3 qolun ötürməsini verib.
Geri qayıt