Əsas Səhifə > Dünya idmanı > "Roma"nın qapıçısı 3 ay oynamayacaq
"Roma"nın qapıçısı 3 ay oynamayacaq7-05-2021, 18:42 |
İtaliyanın “Roma” klubu ciddi itki ilə üzləşib. BrendSport.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Pau Lopes sıradan çıxıb. Avropa Liqasının yarımfinal mərhələsinin “Mançester Yunayted”lə ilk oyununda (2:6) çiynindən zədələnən Lopes əməliyyat olunub. O, 3 ay yaşıl meydanlardan uzaq qalacaq. Qeyd edək ki, “Roma” “Mançester Yunayted”ə cavab matçında 3:2 hesabıyla qalib gəlsə də, iki oyunun nəticəsinə görə Avroliqada mübarizəni dayandırıb. Geri qayıt |