Əsas Səhifə > Dünya idmanı > Çempionlar Liqasında həftənin futbolçusu bilindi

Çempionlar Liqasında həftənin futbolçusu bilindi


7-05-2021, 16:25


Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.

BrendSport.az xəbər verir ki, "Mançester Siti"nin yarımmüdafiəçisi Riyad Mahrez bu ada layiq görülüb. Əlcəzairli oyunçu PSJ-yə 2:0 hesabı ilə qalib gəldikləri matçda dubl edib.

Xatırladaq ki, finala vəsiqə qazanan "şəhərlilər" həlledici görüşdə "Çelsi" ilə qarşılaşacaq.
Geri qayıt