Əsas Səhifə > Dünya idmanı > “Milan” Anxel Di Mariyaya görə PSJ klubuna 45 milyon avro təklif edib
“Milan” Anxel Di Mariyaya görə PSJ klubuna 45 milyon avro təklif edib27-10-2017, 13:15 |
PSJ futbol klubunun yarımmüdafiəçisi Anxel Di Mariya “Milan”ın maraq dairəsinə düşüb. İtaliya klubu tanınmış futbol agenti Jorje Mendeşdən transferi təşkil etməyi xahiş edib. Argentinalı futbolçu PSJ-nin əsas heyətində yerini itirib və yalnız matçın sonlarında meydana çıxır. Bir neçə gün əvvəl Mendeş parislilərin idman direktoru Anter Enrike ilə görüşərək təklifi irəli sürüb. “Milan” Di Mariya üçün 45 milyon avro ödəməyə hazırdır. Azərtac.az Geri qayıt |