Əsas Səhifə > Dünya idmanı > "Hər şeyin yaxşı olacağını hiss edirəm"- Qvardiola
"Hər şeyin yaxşı olacağını hiss edirəm"- Qvardiola4-05-2021, 12:33 |
"Mançester Siti"nin baş məşçqisi Pep Qvardiola bu gün Çempionlar Liqasının yarımfinalında PSJ ilə evdə keçirəcəkləri cavab matçı öncəsi fikirlərini bölüşüb. BrendSport.az goal.com-a istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis deyib: "Öz oyunumuzu oynamaq istəyirik və şanslarımızı əldən verməyi düşünmürük. Hər şeyin yaxşı olacağını hiss edirəm. Futbolçular bunun böyük bir mübarizə olacağını, çətinlik çəkəcəyimizi başa düşməlidirlər. Amma əminəm ki, özümüzü göstərə biləcəyik. Onlar edə biləcəklərini gözlərində canlandırmalıdırlar. Etməli olduğumuz şey son 7 aydakılardan fərqli deyil. Oraya gedin, oyununuzu oynayın və qalib gəlin. Xüsusi bir şey tələb etməycəyik. Premyer Liqada da bu səviyyədə çətin matçlar keçirmişik". Qeyd edək ki, sözügedən qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq. Komandalar arasında Parisdəki ilk oyun "şəhərlilər"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Geri qayıt |