Əsas Səhifə > Dünya idmanı > Mourinyodan “Atletiko”ya təklif

Mourinyodan “Atletiko”ya təklif


27-10-2017, 12:42



Oktyabrın 31-də “Qarabağ”ı qəbul edəcək “Atletiko” aparıcı futbolçularından olan Saul Nigeslə vidalaşa bilər. Gənc yarımmüdafiəçinin karyerasını İngiltərədə davam etdirmək variantı var.

Belə ki, “Mançester Yunayted” Saulun xidmətində maraqlıdı. “Mankunianlar”ın baş məşqçisi Joze Mourinyo rəhbərliklə söhbətində İspaniya yığmasının üzvünün alınmasını istəyib.

O, keçidin baş tutması üçün 2 futbolçunu qarşı tərəfə göndərməyə razıdı. Söhbət Premyer Liqa klubunun formasını geyinən ispaniyalılar – Ander Herrera və Xuan Matadan gedir.

Qeyd edək ki, ötən ildən miliyə də çağırılan Saul Niges cari mövsümdə 10 oyunda 1 qola imza atıb.

Apasport.az
Geri qayıt