Əsas Səhifə > Dünya idmanı > Ronaldo qərarını verdi: "Yuventus"dan ayrılır

Ronaldo qərarını verdi: "Yuventus"dan ayrılır


30-04-2021, 16:45



"Yuventus"un futbolçusu Kriştiano Ronaldo klubdan ayrılmaq istəyir.

BrendSport.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu öz meneceri Yorge Mendeşə onun üçün yeni klub axtarmağı tapşırıb. Portuqaliyalı oyunçu komandanın Çempionlar Liqasının 1/8 finalında "Portu" səddini keçə bilməyib, turnirdə mübarizəni dayandırmasından sonra klubunu dəyişmək fikrinə düşüb.

Qeyd edək ki, Ronaldo 2018-ci ildən "Yuventus"da oynayır. O, bu mövsüm A seriyasında 25 qolla bombardirdir. Lakin Ronaldo son 3 matçda fərqlənə bilməyib.

Geri qayıt