Əsas Səhifə > Dünya idmanı > Kavani Messi və Levandovskinin rekordunu qırdı

Kavani Messi və Levandovskinin rekordunu qırdı


30-04-2021, 11:58





“ Mançester Yunayted"in futbolçusu Edinson Kavani avrokuboklarda yeni rekorda imza atıb.

BrendSport.az "Opta"ya istinadən xəbər verir ki, o, buna ötən gecə Avropa Liqasının yarımfinalında "Roma" ilə matçda (6:2) dubl etməklə və 2 qolun ötürməsini verməklə nail olub.

Uruqvaylı hücumçu 34 yaş 74 günlüyündə bunu bacararaq, avrokuboklarda 1 oyunda 2 qol və 2 qol ötürməsi ilə fərqlənən ən yaşlı oyunçu olub. Əvvəlki rekord "Bavariya"nın futbolçusu Robert Levandovski və "Barselona"nın kapitanı Lionel Messiyə məxsus idi. Onlar bunu 31 yaşında etmişdi.

Qeyd edək ki, "Roma" və "Mançester Yunayted" arasında cavab görüşü mayın 6-sı keçiriləcək.

Geri qayıt