Əsas Səhifə > Dünya idmanı > Avro-2020-ni buraxacaq

Avro-2020-ni buraxacaq


29-04-2021, 15:37


İngiltərə millisinin və "Lester"in futbolçusu Xarvi Barns Avro-2020-ni buraxacaq.

BrendSport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Brendan Rocers məlumat verib. O, zədəli yarımmüdafiəçinin əməliyyat olunduğunu bildirib. Rocers Barnsın bu mövsümün qalan hissəsini və Avro-2020-ni buraxacağını bildirib.

Qeyd edək ki, Barns bu mövsüm Premyer Liqada 25 oyunda 9 qol vrub, 4 qolun ötürməsini verib.


Geri qayıt